Cəmiyyət · Bakupost.az

Minaya düşənlər bu şəhidin atası və qardaşıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Minaya düşənlər bu şəhidin atası və qardaşıdır xəbəri üçün şəkil

Bu gün Cəbrayıl rayonu ərazisində minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun ailə üzvləridir.

"Bakupost" Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində bu gün minaya düşən Qəhrəmanov Əşrəf Elman oğlu Ruhin Qəhrəmanovun atası, Qəhrəmanov Orxan Əşrəf oğlu isə qardaşıdır.
Ruhin Qəhrəmanov 2016-cı il aprel ayının 2-də Lələ Təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.Ölümündən sonra o, “İgidliyə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, bu gün Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində iki mina hadisəsi baş verib.
2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan bir müddət sonra 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu oğlunun minaya düşdüyü əraziyə daxil olaraq piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Əşrəf Qəhrəmanov da xəsarət alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑