Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən şagirdə saxta "dəlilik" kağızı düzəldərək məsuliyyətdən yayındırmağa çalışırlar.
Bizim.Media xəbər verir ki, bu iddianı 2 gün əvvəl paytaxtın Nizami rayonunda yerləşən 10 nömrəli məktəbdə qətlə yetirilən şagirdin əmisi Zöhrab Ağayev “Xəzər Xəbər”ə müsahibəsində deyib.
Zöhrab Ağayev iddia edir ki, qardaşı oğlunu öldürən şagird məktəbin fəal uşaqlarından biri olub və psixi sağlamlığında hər hansı pozuntusu olmayıb.
Onun sözlərinə görə, hadisədən bir həftə əvvəl həmin yeniyetmə məktəbin 11-ci sinif şagirdləri ilə dalaşıb və onların üzərinə qayçı ilə hücum edib. Məktəbin direktoru həmin uşağı və onunla mübahisə edən iki 11-ci sinif şagirdini məktəbə buraxmır.
Sonuncu hadisə isə 3 gün əvvəl günorta saatlarında baş verib. Həmin gün qardaşı oğlu dərsdə olub. Sinif yoldaşı ona zəng vuraraq məktəbin arxasına çağırıb və "səninlə işim var" deyib. Qardaşı oğlu dərsdən çıxaraq onun dediyi yerə gəlib.
Məktəbin arxasına çatanda həmin oğlan qardaşı oğluna deyib ki, guya iki gün əvvəl ona gülüb. Elə bunu deyən kimi də uşağı bıçaqlayıb. Uşaq xəstəxanada dünyasını dəyişib, -deyə Zöhrab Ağayev bildirib.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media






