Dünya · Bakupost.az

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Japarov Bakını təriflədi: Sədrlik missiyası... xəbəri üçün şəkil

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib.


"Bakupost" xəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə çıxış edən Qırğızıstan lideri təşkilatdakı sədrlik missiyasını uğurla yerinə yetirən Azərbaycanın töhfəsini yüksək qiymətləndirib.
Azərbaycanın səylərini vurğulayan Sadır Japarov bildirib ki, rəsmi Bakının sədrliyi dövründə təşkilat daxilində əməkdaşlığın inkişafına və birgə təşəbbüslərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verilib.
Türk Dövlətləri Təşkilatı ölkələri arasında birgə fəaliyyətin zəruriliyini qeyd edən Japarov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının əhəmiyyəti artır. Japarov nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməli olduğunu da bildirib. Onun sözlərinə görə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizə birləşdirilməsi türk dövlətlərinin tranzit potensialının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑