Dünya · Bakupost.az

İsrail Trampın sanksiyalarına tuş gələ bilər: Netanyahunun qorxusu gerçəkləşir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrail Trampın sanksiyalarına tuş gələ bilər: Netanyahunun qorxusu gerçəkləşir? xəbəri üçün şəkil

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi sərt beynəlxalq sanksiyaların mümkünlüyünə hazırlaşmalıdır.
“Bakupost” xəbər verir ki, İsrailin Baş naziri Kanal 10-a verdiyi müsahibədə bu cür sanksiyaların mümkünlüyü ilə bağlı suala cavab verərkən bundan narahat olduğunu bildirib.
"Sanksiyaların mümkün olduğunu başa düşməlisiniz. Bank sektorundakı sanksiyalar isə məhdudiyyətləri aşmaq üçün ehtiyat iqtisadiyyat yaratmağınız deməkdir", - deyə baş nazir izah edib.
Netanyahu sanksiyaları aşmaq üçün alternativ valyutalardan, eləcə də blokçeyn texnologiyasından istifadənin mümkünlüyünü qeyd edib. O, həmçinin bu sahədə bir planın hazırlanmasını əmr etdiyini bildirib.
Netanyahu həmçinin bir məqamda "Müdafiə Nazirliyinə on milyardlarla ABŞ yardımının" dayandırılacağını da irəli sürüb. "Bu, Amerikanın dəyişməsi ilə bağlıdır. İsrailin dəyişməsi ilə bağlı deyil. Hər şey bitib və ya bitəcək; bu, yalnız zaman məsələsidir", - deyə baş nazir yekunlaşdırıb.
Sərt beynəlxalq sanksiyalar deyəndə Netanyahu nələri nəzərdə tutur?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Bakupost”a bildirib ki, İsrail Baş naziri sözügedən bəyanatı yaxınlaşan seçkilər ərəfəsi mühafizəkar qüvvələri öz ətrafında daha sıx birləşdirmək məqsədilə söyləyib:
“Bu ayın sonu İsraildə parlament seçkiləridir. Bu əsasda Netanyahu mühafizəkar qüvvələrin daha çox səsini qazanmaq istəyir ki, baş nazir kürsüsünü qoruya bilsin. Ona görə də müxtəlif variantlar düşünür. Hətta yeni hərbi əməliyyatlar barədə açıqlamalar da verir. Ola bilsin, məhz bu hərbi əməliyyatlar barədə planlar qurarkən düşünür ki, beynəlxalq aləmin sanksiyaları ilə üzləşə bilər”. Mərkəz sədrinin sözlərinə görə, İsrailin növbəti hərbi əməliyyatı əslində ABŞ Prezidenti Donald Trampın da maraqlarına cavab vermir:
“Çünki noyabrın 3-də Amerikada aralıq seçkiləri keçiriləcək. Belə vəziyyətdə, Netanyahu Trampı eşitməyərək, hərbi əməliyyatlar keçirməyə çalışacaqsa, ola bilsin Vaşinqtonun təzyiqilə də üzləşsin. Düzdür, bu Amerikanın İsrailə qarşı sanksiyalar tətbiqinə gətirib çıxarmayacaq. Ona görə ki, Amerikada güclü yəhudi lobbisi var. İsraili dəstəkləyən siyasi qruplar çoxdur. Amma hər halda, ABŞ adminstrasiyasının təzyiqi arta bilər. Güman ki, Netanyahu da məhz bunu nəzərdə tutaraq sanksiyalarla üzləşə biləcəklərinə işarə vurub”.
Rüfət Sultan,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑