Dünya · Bakupost.az

Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxarsa... - ŞOK

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxarsa... - ŞOK xəbəri üçün şəkil

Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması ölkənin enerji xərclərinin kəskin artmasına və xaricdə çalışan vətəndaşlarının yeni məhdudiyyətlərlə üzləşməsinə səbəb ola bilər.


"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Avrasiya Hökumətlərarası Şurasındakı nümayəndələrinin hazırladığı hesabatda bildirilir.
Sənədə əsasən, Ermənistanın Aİİ-dən çıxması halında ölkəyə idxal edilən təbii qazın illik dəyəri 69 faiz artaraq 389 milyon dollardan 657,5 milyon dollara yüksələ bilər. Bu isə ildə əlavə 268,5 milyon dollar xərc deməkdir.
Hesablamalar qazın hər min kubmetrinin qiymətinin hazırkı 177,5 dollardan 300 dollara yüksəlməsi və tədarük həcminin dəyişməməsi ehtimalına əsaslanır.
“RİA Novosti”nin məlumatına görə, hesabatda Ermənistanın Aİİ üzvlüyünün dayandırılmasının əmək miqrasiyasına mümkün təsirləri də göstərilib.
Belə ki, Ermənistan vətəndaşları ittifaq ölkələrində işləmək üçün mövcud güzəştləri itirə, üçüncü ölkələrin vətəndaşlarına tətbiq olunan qaydalarla iş icazəsi və patent almaq məcburiyyətində qala bilərlər.
Bundan başqa, erməni əmək miqrantlarına münasibətdə işçi qüvvəsi kvotalarının tətbiqi də nəzərdə tutulan mümkün nəticələr arasındadır.
Beləliklə, hesabatda Ermənistanın Aİİ-dən uzaqlaşmasının həm enerji təchizatı, həm də əmək miqrasiyası baxımından ciddi iqtisadi nəticələr doğura biləcəyi vurğulanır.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑