Dünya · Bakupost.az

Erməni iş adamının arvadı və qızını qəddarlıqla öldürən şəxsə hökm oxundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Erməni iş adamının arvadı və qızını qəddarlıqla öldürən şəxsə hökm oxundu xəbəri üçün şəkil

Rusiyanın paytaxtı Moskvada məhkəmə Aleksey Melniçuku 2015-ci ildə erməniəsilli iş adamı Xoren Kazaryanın həyat yoldaşını və azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilib. O, xüsusi rejimli cəzaçəkmə müəssisəsində ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


"Bakupost" TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmə iştirakçılarından biri məlumat verib.
Məhkəmə, həmçinin iki zərərçəkmişin xeyrinə maddi və mənəvi ziyana görə 8,5 milyon rubl təzminat ödənilməsi barədə qərar çıxarıb.
İstintaqla müəyyən edilib ki, 2015-ci il fevralın 14-də gecə saatlarında təqsirləndirilən şəxs Moskvada mənzillərdən birinə daxil olaraq oğurluq etmək qərarına gəlib. O, binanın mərtəbələrini yoxladıqdan sonra damına çıxıb və həmin vaxt bir qadınla azyaşlı qızının olduğu eyvandan mənzilə daxil olub.
O, mənzildə qiymətli əşyalar axtararkən ev sahibəsi tərəfindən görülüb. Əməlinin üstünün açılacağından qorxan Melniçuk qadına hücum edərək əlləri ilə ona dəfələrlə zərbə endirib, daha sonra isə deşici-kəsici alətlə azı 22 dəfə xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Azyaşlı qız hadisənin şahidi olub. Cinayətin üstünü ört-basdır etmək istəyən Melniçuk eyni alətlə uşağa da azı 16 dəfə zərbə endirib.
Daha sonra təqsirləndirilən şəxs cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini qismən təmizləyib, qiymətli əşyaları axtarmağa davam edib. O, ümumi dəyəri 568 min rubldan çox olan əmlakı oğurlayaraq hadisə yerindən qaçıb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑