Dünya bazarında Brent markalı neftin qiyməti kəskin ucuzlaşaraq bir barel üçün 105 dollardan aşağı enib.
Yenicag.az xəbər verir ki, Londonun ICE birjasında 2027-ci ilin yanvar ayında tədarük ediləcək Brent neftinin fyuçerslərinin qiyməti oktyabrın 16-dan bəri ilk dəfə bu həddən aşağı düşüb.
Hərracların nəticələrinə görə, Brent neftinin qiyməti 7,51 faiz azalaraq 104,91 dollar/barel təşkil edib. Sonrakı ucuzlaşma nəticəsində qiymət 7,75 faiz geriləyərək 104,64 dollar/barelə enib.
Eyni zamanda, 2026-cı ilin dekabr ayında tədarük ediləcək WTI markalı neftin fyuçerslərinin qiyməti 7,25 faiz azalaraq 96,57 dollar/barel olub.



