Baloğlan Əşrəfovun oğlu: Atama haqsızlıq oldu...
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

“Atam sağlığında doğum günlərini ailəsi ilə birgə qeyd edərdi. O, ailəsinə hədsiz bağlı insan idi. Mən atamla bir yerdə işləyirdim. Onunla bağlı xatirələrim o qədər çoxdur ki... Mənim atam elə ömür sürüb ki, ölən günə kimi heç kimə yaltaqlanmayıb və baş əyməyib”.
“Bakupost” xəbər verir ki, bu sözləri Musavat.com-a mərhum sənətkar Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov bildirib.
Atası ilə bağlı xatirələrini bölüşən Peyman ona laqeydlik olduğundan gileylənib:
“Onun bu mənada qəribə xasiyyətləri var idi ki, bizə də keçib. Baloğlan Əşrəfov kişi kimi yaşadı, kişi kimi dünyasını dəyişdi. Arzular çox idi. Amma atama qarşı haqsızlıq çox oldu. Bunu mən indi də qəbul edə bilmirəm.
Atam 1971-ci ildən bəri böyük səhnələrə çıxıb, fəaliyyət göstərib. Bunun müqabilində isə atama layiq olan fəxri adı vermədilər. Onun ən acığına gələn söz əməkdar artist idi. Biz onun məzarı üzərində bu sözü yazmışıq. Lakin düşünürəm ki, imkanı olsaydı, atam o sözü məzardan da götürdərdi. Həmişə deyirdi ki, onun adı əməkdar artistdən üstündür.
Ona Xalq artisti adı verilməli idi, amma vermədilər. Bu il 75 yaşı tamam olurdu, amma heç bir tədbir keçirilmədi. Sağlığında olduğu kimi, vəfat edəndən sonra da laqeyd yanaşdılar. Toyda atamı təqdim edəndə deyirdi, “məni əməkdar artist kimi təqdim etməyin”.
Qeyd edək ki, mərhum sənətkar yaşasaydı, 75 yaşını qeyd edəcəkdi.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



.png)