Cəmiyyət · Bakupost.az

Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - FOTO xəbəri üçün şəkil

Bakının Xətai rayonunda yerləşən 38 nömrəli şəhər poliklinikasında rentgenoqram daşıyıcısının elektrik plitəsi vasitəsilə qurudulduğunu əks etdirən görüntülər yayılıb.


"Bakupost" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, poliklinikada rentgenoqramları qurutmaq üçün xüsusi aparat olmadığından tibb işçiləri bu üsuldan istifadə ediblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 38 nömrəli Şəhər Poliklinikasında rentgen cihazı işlək vəziyyətdədir.
Qurumun məlumatında qeyd olunub ki, havaların soyuq keçməsi ilə əlaqədar rentgen kabinetinə müvəqqəti olaraq elektrik plitəsi yerləşdirilib. Lakin bu, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi (SƏTƏM) tələblərinə zidd olduğundan, təhlükəsizliyin təmin edilməsi məqsədilə rəhbərliyin göstərişi ilə plitə otaqdan götürülüb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑