Dünya · Bakı Xəbər

Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi... xəbəri üçün şəkil



Moskva meri Sergey Sobyanin bildirib ki, 22 oktyabr gecəsi Ukrayna dronları Moskva bölgəsinə kütləvi hücum təşkil edib. Onun sözlərinə görə, həmin axşam Moskvaya doğru 630 dron uçub, onlardan 163-ü şəhərə yaxınlaşarkən vurulub. Voronovo kəndi yaxınlığında baş verən hücumda iki nəfər yaralanıb.

“Astra” şahidlərin görüntülərinə əsasən müəyyən edib ki, dronların hədəflərindən biri Serpuxov şəhərindəki 75 nömrəli Arsenal hərbi zavodu olub. Video görüntülərə görə, dronlar yerə düşdükdən sonra zavodun ərazisində partlayış və yanğın baş verib. Serpuxov sakinləri ən azı üç raketin yerə düşdüyünü də bildiriblər.

75 nömrəli Arsenal zavodu Baş Raket və Artilleriya İdarəsinə (GRAU) tabedir. O, silah və sursat istehsal edir, artilleriya sistemləri və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hərbi texnika və silahları təmir edir.

Lipetsk vilayətinin qubernatoru İqor Artamonov bildirib ki, dünən gecə Ukrayna dronları Lipetsk şəhərinə də hücum edib. Hücum nəticəsində 2001-ci il təvəllüdlü bir kişi yaralanıb. Şəhərin müxtəlif yerlərindəki bir neçə fərdi və çoxmənzilli binanın pəncərələri və fasadları zədələnib. Tələfat olmayıb. Astra şahidlərin görüntülərinə əsasən, dronlardan birinin Atmosfera yaşayış kompleksinə dəydiyini və yuxarı mərtəbələrin alovlandığını müəyyən edib. Yerli media xəbər verir ki, Dron qalıqları hücum zamanı binanın yaxınlığında dayanan kişinin üzərinə düşərək onu yaralayıb.

Tula və Voronej də dünən gecə böyük hücuma məruz qalıb.

Tahir TAĞIYEV

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑