Keti Zakariya Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılır. Bu vəzifədə bir həftədən də az müddət çalışan Ketinin ilk çıxışı media tərəfindən dərhal uğursuzluq kimi qiymətləndirilib.
Prezident Donald Tramp açıq şəkildə bildirib ki, o, bəlkə də başqa bir iş sahəsi barədə düşünməlidir.
Zakariya, bir çoxlarının uğursuz hesab etdiyi ilk rəsmi brifinqindən sonra tənqid atəşinə tutulub. Bundan əlavə, o, vəkil olduğunu iddia etməkdə, lakin əslində belə bir statusa malik olmamaqda (yəni yalan danışmaqda) ittiham olunur. Cümə günü prezidentin "Marine One" adlı helikopterinin yaxınlığında jurnalistlərə açıqlama verən Tramp deyib: "Mən dedim ki, 'Keti, istəmirsənsə, bunu etmək məcburiyyətində deyilsən. Mən sənin yerində olsaydım, bir daha düşünərdim”. Həmin vaxt Prezident mətbuat katibinin istefasının artıq qətiləşdiyini açıq şəkildə təsdiqləməmişdi. Lakin sonradan Ağ Ev BBC-yə təsdiqləyib ki, Keti Zakariya mətbuat katibi vəzifəsindən ayrılaraq başqa bir işə keçir. Onun vəzifəsindən rəsmən nə vaxt gedəcəyi və gələcək planlarının nədən ibarət olduğu hələlik məlum deyil. Donald Trampı Corciyaya səfərində müşayiət edən BBC müxbiri Bernd Debusmann Jr.-ın məlumatına görə, Zakariya artıq prezident təyyarəsində olmayıb.
SAMİRƏ




