Dünya · Anews.az

Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb xəbəri üçün şəkil

Hörmüz boğazında 2 milyon bareldən çox xam neft daşıyan supertanker dəniz minasına düşüb, nəticədə partlayış və güclü yanğın baş verib.Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, tanker naviqasiya və radar sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz marşrutla keçməyə cəhd edib. SEPAH iddia edib ki, gəminin heyəti bu məqsədlə ABŞ hərbçilərinin dəstəyindən yararlanmağa çalışıb.

Hadisə ilə bağlı açıqlamada tankerin adı, insidentin dəqiq vaxtı və yeri barədə məlumat verilməyib. 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑