Siyasət · Bakı Xəbər

Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi... xəbəri üçün şəkil



Ramil Məmmədli: “Ukraynanın cəbhədə əldə etdiyi bu uğurlar strateji yox, taktiki uğurlardır”

Prezident Vladimir Putin Ukraynadan bütün Donbası təhvil verməyi tələb etdiyi bir vaxtda, Rusiya ordusu ardıcıl ikinci aydır hərbi əməliyyatları sırf ərazi itkiləri ilə başa vurur.

Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesablamalarına görə, sentyabrda və oktyabrın ilk üç həftəsində Rusiya əvvəllər ələ keçirdiyi Ukrayna torpaqlarının 241 kvadratkilometri üzərində nəzarəti itirib: sentyabrda 80,8 kv. km, oktyabrda isə təxminən 160 kv. km. Bu, 2026-cı ilin əvvəlindən etibarən Rusiya qoşunlarının ələ keçirdiyindən daha çox ərazi itirdiyi artıq üçüncü və dördüncü aylardır.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Ukraynanın cəbhədə əldə etdiyi bu uğurlar strateji yox, taktiki uğurlardır: “Reallıq odur ki, Rusiya ordusunun hücum tempi ötən illə müqayisədə aşağı düşüb. Ukrayna cəbhədə daha çox dron və robotlardan istifadə edir. Bu da Rusiyanın itkilərini artırır. Ancaq bu əməliyyatlar çərçivəsində Ukrayna ordusu hansısa iri yaşayış məntəqəsini azad etməyib. Ukrayna Silahlı Qüvvələri 2026-cı ilin may ayından etibarən Donetsk vilayətinin şimalında, Liman rayonunda Rusiya qoşunlarına qarşı həyata keçirdiyi “Vivaldi” çoxmərhələli əks-hücum əməliyyatı nəticə verib. Əməliyyat zamanı kiçik mobil qruplar, pilotsuz uçuş aparatları, yerüstü zərbə robotları və digər texnoloji vasitələrdən geniş istifadə olunub. 2026-cı ilin oktyabrına olan məlumata görə, əməliyyat nəticəsində ümumilikdə 300 kvadratkilometrə yaxın ərazi və 19 yaşayış məntəqəsi azad edilib. Ukrayna hərbi ekspertlərinin rəylərinə görə, Ukrayna Silahlı Qüvvələri hazırda düşmənin aktiv hücum əməliyyatlarını əsasən dayandıraraq sabitliyi təmin edən "strateji müdafiə" mərhələsindədir. Digər tərəfdən, Rusiya Ukraynanın enerji və mülki infrastrukturunu zəiflətmək məqsədilə hər gün yüzlərlə raket və reaktiv dronlarla zərbələr endirir. Ukrayna tərəfi isə buna cavab olaraq Rusiyanın neft emalı zavodları, sənaye müəssisələri və data mərkəzlərinə qarşı uzaq mənzilli dron zərbələri kampaniyasını genişləndirir. Bütün bunlara baxmayaraq, Rusiya ilə müqayisədə Ukraynanın vəziyyəti daha ağırdır. Çünki Rusiyanın həm ehtiyat resursları, həm də ərazisi böyükdür. O baxımdan Ukraynanın cəbhədə bəzi taktiki uğurları bütövlükdə vəziyyəti tam dəyişmək gücündə deyil”.

Vidadi ORDAHALLI

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑