Siyasət · Bakı Xəbər

Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab... xəbəri üçün şəkil



Seyid Camal Əzimbəyli: “Xalqımızın fədakarlığı sayəsində bütün bu uğurlar əldə edildi”

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, 35 il ərzində əldə olunan bütün nailiyyətlər xalqımızın öz zəhməti sayəsində mümkün olub:

“Bundan əlavə, sizdə daha dolğun təsəvvür yaratmaq üçün onu da demək istəyirəm ki, Azərbaycanda bu 35 il ərzində əldə olunan bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur. Biz heç bir beynəlxalq yardım almamışıq. Dağıntılardan, işğaldan, geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru yol keçmişik”.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, xalqımızın fədakarlığı sayəsində bütün bu uğurlar əldə edildi: “Azərbaycanın müstəqilliyini bərpa etdiyi son otuz beş il ərzində keçdiyi yol həm keşməkeşli, həm də uğurlu olub. Məsələ ondadır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ağır iqtisadi böhran, daxili xaos və torpaqlarının işğalı ilə üz-üzə qalan ölkəmiz olduqca çətin məşəqqətlədən keçib. Ermənistanın işğalı üzündən ölkədə 1 milyonadək qaçqın və məcburi köçkün var idi. Bu gün bütün Avropa Ukraynaya yardım göstərir, oradan olan qaçqınları qəbul edir və s. 90-cı illərdə Azərbaycana belə yardım edən, ortaya real iş qoyan yox idi. Ulu Öndərin rəhbərliyi altında Azərbaycan dağılmaq təhlükəsindən xilas oldu, toparlanmağa başladı. Heydər Əliyev dövləti məhv olmaq təhlükəsindən qurtardı, daxili sabitliyi bərpa etdi və “Əsrin müqaviləsi” kimi tarixi layihələrlə gələcək tərəqqi platformasını yaratdı. Bu möhkəm təməl ötən dövr ərzində Prezident İlham Əliyevin uzaqgörən siyasəti, güclü iradəsi və sistemli islahatları ilə daha da mökəmləndi. Azərbaycan müstəqil siyasət yeridərək regionun lider dövlətinə çevrildi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına nail olduq. Otuz illik işğala son qoyulması bizim ən böyük naliyyətimizdir”.

Vidadi ORDAHALLI

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑