Siyasət · AZƏRTAC

Beynəlxalq konfransda Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Beynəlxalq konfransda Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib xəbəri üçün şəkil

Bakı, 29 oktyabr,

Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNİDO) tərəfindən hər il reallaşdırılan və 2030-cu ilə hədəf olan “Şəhərlər üçün körpü” konfransı bu il Avstriyanın paytaxtı Vyana şəhərində keçirilib.

AZƏRTAC xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovun da qatıldığı konfransın panel mövzusu “Süni intellekt və yaşıl innovasiya: Güclü və dayanıqlı gələcək” olub.

Panel iclasda çıxış edən xüsusi nümayəndə tarixi Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri, şəhərin beynəlxalq müstəvidə tanınması istiqamətində atılan addımlar barədə məlumat verib. O, konfransın mövzusu ilə bağlı fikirlərini bölüşərək, bu gün süni intellektin hər bir sahədə olduğu kimi, şəhərlərin də inkişafında rol oynadığını bildirib. Həmçinin şəhərlərin bərpasında, quruculuğunda və inkişafında süni intellektin sınaqdan keçirilməsi, praktiki tətbiqi və bunun nəticəsi olaraq nələrin əldə edilə biləcəyi, hansı problemlərlə üzləşmənin mümkünlüyü diqqətə çatdırılıb. Süni intellektin məkan, ekoloji, demoqrafik və mədəni məlumatları təhlil etməklə, inkişaf meyarlarını müəyyənləşdirdiyi və tarixi ərazilər üçün mümkün riskləri proqnozlaşdırdığı vurğulanıb.

Şuşa şəhərinə köçən və köçəcək sakinlər arasında gənc nəslin yetişdiyini, onların da gələcəkdə şəhərin inkişafına töhfə verəcəklərini, orada gedən proseslərə cəlb olunacaqlarını söyləyən Aydın Kərimov süni intellektin artıq təhsil ocaqlarında da peşəkar səviyyədə öyrədilməsinin müsbət hal olduğunu deyib.

Tədbirdə şəhər və regionların rəhbərləri öz təcrübələrini bölüşüb, süni intellektin tətbiqi ilə bağlı çağırışların və problemlərin həllinə yönəlmiş addımlar haqqında fikir mübadiləsi aparıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑