Dünya · Azxeber.com

Zelenskidən Putinin bəyanatına CAVAB

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenskidən Putinin bəyanatına CAVAB xəbəri üçün şəkil
Ukrayna prezidenti Volodimir Zelenski Dobropolye, Konstantinovka, Alekseyevo-Drujkovka, Orexov, Novopavlovka, Novoandreyevka və Velikomixaylovkanın Ukraynanın nəzarətində olduğunu açıqlayıb.
O, bu barədə Rusiya prezidenti Vladimir Putinin Dobropolyenin ələ keçirilməsi ilə bağlı son bəyanatını şərh edərkən danışıb.
Zelenskinin sözlərinə görə, Ukrayna ordusu Dobropolyedə Rusiya qüvvələrinin hücum cəhdlərinin qarşısını alır və onların mövqelərə sızmasına imkan vermir. O, Donetsk, Xarkov və Zaporojye vilayətlərinin digər istiqamətlərində də Ukrayna hərbçilərinin mövqelərini qoruduğunu qeyd edib.
Ukrayna Prezidenti bildirib ki, payızın əvvəlindən ölkə ordusu Rusiyanın ələ keçirə bildiyindən daha çox ərazini azad edib.
Onun sözlərinə görə, Ukrayna qüvvələri cəbhədə təzyiqi davam etdirir və Zaporojyedən 20 kilometr məsafədə Rusiya hərbçilərini məhv edir.
///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑