Dünya · Azxeber.com

Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq xəbəri üçün şəkil
Ukrayna yaxın günlərdə "Şahed" dronlarını vurmaq üçün hazırlanmış F-16 qırıcıları üçün sursat alacaq.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində Finlandiya Prezidenti Aleksandr Stubbla telefon danışığının nəticələrinə dair paylaşımında bildirib.
Zelenski Finlandiya liderinə Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləmək üçün verilən paketə görə təşəkkür edib və Ukraynaya əlavə yardım göstərməyin vacibliyini vurğulayıb.
Ukrayna prezidentinin sözlərinə görə, söhbət zamanı o, Stubba Rusiyanın son zərbələri barədə də məlumat verib. Digər müzakirə mövzusu Rusiyanın neft ixracından əldə etdiyi əlavə gəlirlər olub və Kiyev bu gəlirlərin gələcək hərbi əməliyyatların maliyyələşdirilməsi üçün istifadə oluna biləcəyindən ehtiyat edir.
Zelenski yazıb: "Biz hazırkı şəraitdə faydalı ola biləcək görüşlər hazırlayır və addımları əlaqələndiririk".
O, Ukraynanın əhalini qorumaq və Rusiyanın müharibədəki imkanlarını məhdudlaşdırmaq üçün tərəfdaşlarla əməkdaşlığı davam etdirmək niyyətində olduğunu vurğuladı.
///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑