Dünya · Azxeber.com

Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub xəbəri üçün şəkil
Uruqvayda təlim uçuşu zamanı iki təyyarənin toqquşması nəticəsində pilotlardan biri həlak olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Subrayado" nəşri Hərbi Hava Qüvvələrinin (HHQ) bəyanatına istinadən məlumat yayıb.
Hadisə cənubdakı Kanelones departamentinin Quasuvira kurort şəhəri ərazisində baş verib. İki kiçik təyyarə havada toqquşub.
Uruqvay HHQ-dən bildirilib ki, toqquşmadan sonra təyyarələrdən biri qəza enişi edib, digəri isə meşəlik əraziyə düşüb, nəticədə pilot həlak olub. Digər təyyarənin pilotu xəsarət almayıb.
"Həlak olan pilotun 58 yaşı var idi, o, istefada olan HHQ zabiti olub", - "Subrayado" qeyd edir.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑