Siyasət · Azxeber.com

Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk xəbəri üçün şəkil
"Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk”.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qars–İğdır–Aralık–Dilucu Dəmir Yolu Layihəsi ilə bağlı açıqlamasında bildirib.
O qeyd edib ki, 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsi üzrə işlər davam edir.
Nazirin sözlərinə görə, layihə Türkiyə ilə Ermənistan və Azərbaycan arasındakı dəmir yolu əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
A.Uraloğlu bildirib ki, Türkiyə regionda nəqliyyat bağlantılarının inkişaf etdirilməsi və dəmir yolu şəbəkəsinin gücləndirilməsi istiqamətində yeni layihələr həyata keçirir.   ///azxeber.com///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑