Dünya · Azxeber.com

Tramp: Ukraynanın 'Starshield' sisteminə çıxışı bərpa olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: Ukraynanın 'Starshield' sisteminə çıxışı bərpa olunub xəbəri üçün şəkil
ABŞ Prezidenti Donald Tramp Ukraynanın "Starlink"in hərbi versiyası olan "Starshield" sisteminə çıxışının bərpa edildiyini bildirib.
O, bu barədə Ağ Evin cənub çəmənliyində jurnalistlərlə söhbətində danışıb.
Tramp məsələ ilə bağlı kiməsə zəng edib-etmədiyini dəqiqləşdirməkdən imtina edib.
Daha əvvəl "The Wall Street Journal" qəzeti ABŞ liderinin "SpaceX" şirkətinin rəhbəri İlon Maskla əlaqə saxlayaraq məhdudiyyətlərin aradan qaldırılmasını tapşırdığını yazıb.
"Zəngi mənim, yoxsa başqasının etməsinin əhəmiyyəti yoxdur. Nəticədə çıxış bərpa olunub", - Tramp bildirib.
Qəzet, həmçinin Maskın şəxsən "Starshield" sisteminin fəaliyyətinə məhdudiyyət qoyulmasını əmr etdiyini iddia edib. Mask isə məsuliyyət daşıdığını təkzib edərək sistemin sürəti və istifadəsi ilə bağlı qərarları ABŞ hökumətinin verdiyini bildirib.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑