Dünya · Azxeber.com

Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır xəbəri üçün şəkil
ABŞ Prezidenti Donald Tramp Stiven Habbardın və ailəsinin Rusiyadan ABŞ-yə qayıtdığını açıqlayıb.
Tramp bu barədə "Truth” sosial hesabında paylaşım edib.
"Bu, çoxdan, Co Bayden və Demokratlar tərəfindən edilməli idi”, – deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, 74 yaşlı ABŞ vətəndaşı Stiven Habbard 2022-ci ilin aprelində Ukraynanın İzyum şəhərində Rusiya hərbçiləri tərəfindən saxlanılıb. O, Ukrayna tərəfində muzdlu döyüşçü kimi fəaliyyət göstərməkdə ittiham olunaraq 2024-cü ilin oktyabrında Rusiya məhkəməsi tərəfindən 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.   ///azərtac///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑