Dünya · Azxeber.com

Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir xəbəri üçün şəkil
ABŞ prezidenti Donald Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətində olduğunu bildirib.
Tramp bu barədə Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən danışıb.
"İranla müharibəyə son qoymalıyam və bunu çox tez edəcəyəm. Onlar çox ağır zərbələr alıblar, biz bu işi bitirəcəyik”, - Tramp deyib.
ABŞ lideri müharibəni özlərinin başlamadığını iddia edib və problemin onun hakimiyyətə gəlməsindən xeyli əvvəl həll edilməli olduğunu vurğulayıb.
Tramp, həmçinin İranın heç vaxt nüvə silahına sahib olmayacağını vurğulayıb.   ///apa.az
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑