Dünya · Azxeber.com

Tramp Atlantik okeanının adını dəyişmək istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Atlantik okeanının adını dəyişmək istəyir xəbəri üçün şəkil
ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adını dəyişərək "Amerika okeanı” adlandırmaq istədiyini açıqlayıb.
Tramp bu barədə Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
"Artıq gölümüz və körfəzimiz var. İndi bizə çay və okean lazımdır. Atlantik okeanı haqqında düşünürəm. Onu Amerika okeanı adlandıracağıq. Düşünürəm ki, Avropa bundan çox məmnun qalacaq”, – Tramp bildirib.
ABŞ lideri hansı çayın adını dəyişmək istədiyini açıqlamayıb. Bununla belə, Missisipi çayının adını dəyişməyəcəyinə söz verib.
Tramp ötən həftə "Google” şirkətindən Atlantik okeanının xəritələrdə "Tramp okeanı” kimi göstərilməsini xahiş etdiyini, lakin şirkətin rəhbəri Sundar Piçainin bu təklifi qəbul etmədiyini də söyləyib.
Qeyd edək ki, Tramp daha əvvəl Meksika körfəzinin "Amerika körfəzi” adlandırılması barədə fərman imzalayıb. Bu dəyişiklik ABŞ-nin federal qurumlarında və rəsmi xəritələrində tətbiq olunur.   ///teleeqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑