Dünya · Azxeber.com

Tramp: Özümü əfv edə bilərdim, amma heç bir səhv etməmişəm

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: Özümü əfv edə bilərdim, amma heç bir səhv etməmişəm xəbəri üçün şəkil
ABŞ Prezidenti Donald Tramp özünün əfv edilməsi ilə bağlı sərəncam imzalamaq imkanını nəzərdən keçirmədiyini bildirib.
Tramp bu barədə "Newsmax” telekanalına müsahibəsində danışıb.
"Mən bu barədə düşünməmişəm, çünki heç bir qanunsuz iş görməmişəm. Ötən dəfə Ağ Evi tərk edərkən özümü əfv edə bilərdim”, – ABŞ lideri deyib.
Tramp həmin vaxt bu addımı atmamasına görə peşman olub-olmadığı barədə suala birbaşa cavab verməyib. Bununla belə, o, özünü əfv etmək hüququna malik olduğunu iddia edib.
Qeyd edək ki, ABŞ prezidentinin özünü əfv etmək səlahiyyətinin konstitusion baxımdan mümkünlüyü hüquqşünaslar arasında mübahisəli məsələ olaraq qalır.
Xatırladaq ki, Trampın sələfi Co Bayden prezidentlik müddətinin sonunda bir sıra şəxslər barədə qabaqlayıcı əfv qərarları qəbul edib.
Onların arasında ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin keçmiş sədri, general Mark Milli, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçi, eləcə də 2021-ci ilin yanvarında Kapitoliyə hücumu araşdıran Konqres komitəsinin üzvləri olub.
Bayden, həmçinin həmin hadisələrlə bağlı ifadə vermiş Kapitoli və Kolumbiya dairəsi polis əməkdaşlarını da qabaqlayıcı əfv qərarlarına daxil edib.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑