Dünya · Azxeber.com

Türkiyədə 40 nəfər saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə 40 nəfər saxlanılıb xəbəri üçün şəkil
Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən qanunsuz narkotik əməliyyatları zamanı 40 nəfər həbs edilib.
AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir ki, oktyabrın 25-dən 31-dək polis əməkdaşları şəhərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.
Bildirilib ki, araşdırma nəticəsində ümumilikdə 109 şübhəli saxlanılıb: "Şübhəlilərdən 40-ı barəsində həbs qərarı verilib. Digər şəxslərlə bağlı hüquqi prosedurlar davam edir".
Əməliyyatlar zamanı müxtəlif növ və miqdarda narkotik vasitələr, 1 ədəd tapança, 24 ov tüfəngi patronu, həmçinin 159 min 475 Türkiyə lirəsi (təxminən 5 442 manat) aşkarlanaraq götürülüb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑