Dünya · Azxeber.com

Rusiyada iki ərazinin adının dəyişdirilməsi təklif olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyada iki ərazinin adının dəyişdirilməsi təklif olundu xəbəri üçün şəkil
Rusiya Kommunist Partiyasından olan deputat Anjelika Qlazkova "Qəhrəman şəhərlərin statusu haqqında" qanun layihəsini irəli sürüb. Sənədə əsasən, Sankt-Peterburq şəhərinin Leninqrad, Volqoqradın isə Stalinqrad adlandırılması təklif olunur.
"The Moscow Times" xəbər verir ki, qanun layihəsinin müəllifi təşəbbüsünü "tarixi ədalətin bərpası" və Böyük Vətən müharibəsi xatirəsinin qorunması ilə izah edib.
Layihəyə əsasən, hər iki şəhər 1941-1945-ci illərdə daşıdıqları adları daimi olaraq geri almalıdır. Onların adlarının yenidən dəyişdirilməsi qadağan edilməlidir.
Bərpa edilmiş Leninqrad və Stalinqradın gerb və bayraqlarında Lenin ordeni və "Qızıl Ulduz" medalı təsvir olunacaq.
///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑