Dünya · Azxeber.com

'Reuters': BƏƏ sahillərində tankerdən neft sızması baş verib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
'Reuters': BƏƏ sahillərində tankerdən neft sızması baş verib xəbəri üçün şəkil
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ümmül-Qeyveyn əmirliyinin sahillərində tankerdən neft sızması qeydə alınıb.
Bu barədə "Reuters" agentliyi ölkənin İqlim Dəyişikliyi və Ətraf Mühitin Mühafizəsi Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, mütəxəssislər vəziyyəti qiymətləndirib təhlükəsizliyin təmin edilməsi və dəniz mühitinin qorunması üçün zəruri tədbirləri müəyyənləşdirənədək Ümmül-Qeyveyn əmirliyində bütün çimərliklər və sahilyanı ərazilər bağlanıb.
Neft sızmasının hansı şəraitdə baş verdiyi və ətraf mühitə yayılan neftin dəqiq miqdarı barədə məlumat verilməyib.
Gəmilərlə bağlı insidentlər haqqında məlumat yayımlayan Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə son 24 saat ərzində BƏƏ sahillərində hər hansı hadisə barədə məlumat yaymayıb.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑