İdman · Azxeber.com

'Qalatasaray' - 'Barselona' matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
'Qalatasaray' - 'Barselona' matçında beş qol: Çempionlar Liqasında günün nəticələri xəbəri üçün şəkil
UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin ikinci turunda "Qalatasaray" doğma meydanda "Barselona"nı qəbul edib.
Görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 1:4.
Matçda hesabı 28-ci dəqiqədə Aleksey Batrakov açaraq İstanbul təmsilçisini önə çıxarıb. Bu, "Qalatasaray"ın oyundakı yeganə qolu olub. Lakin "Barselona" futbolçuları dörd dəfə fərqlənərək əzmkar qələbə qazanıblar. Kataloniya təmsilçisinin heyətində Joau Kanselu (43), Fermin Lopes (50), Entoni Qordon (53) və Kərim Adeyemi (65) qol vurublar.
Günün digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
- "Lans" - "Sportinq" - 0:2;
- "Sabah" - "Slaviya Praqa" - 2:0;
- "Arsenal" - "Lill" - 3:0;
- "Atletiko Madrid" - "Mançester Yunayted" - 2:0;
- "İnter" - "Brügge" - 3:4;
- "Leypziq" - PSV - 1:0;
- "Vikinq" - "Bavariya" - 3:3;
- "Vilyarreal" - "Napoli" - 3:1.   ///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑