Dünya · Azxeber.com

Polis bölməsinə dron hücumu olub, xəsarət alanlar var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polis bölməsinə dron hücumu olub, xəsarət alanlar var xəbəri üçün şəkil
Kolumbiyanın şimalındakı Pelaya şəhərində polis bölməsinə dron hücumu nəticəsində altı asayiş keşikçisi yaralanıb.
Sesar departamentinin hökuməti bu barədə "X" sosial şəbəkəsində bildirib.
"Bu səhər tezdən cinayətkarlar dronların köməyi ilə Pelayada polis bölməsinə hücum ediblər. Hücum nəticəsində altı polis əməkdaşımız yaralanıb", - bəyanatda deyilir.
Qeyd edilir ki, zərərçəkənlərdən ikisi ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Yerli hakimiyyət orqanları bildirib ki, hücumda iştirak edənləri axtarmaq və yaxalamaq üçün hərbi və polis bölmələri səfərbər edilib.
Hücumçuların yerini müəyyənləşdirməyə kömək edəcək məlumata görə 150 milyon Kolumbiya pesosu (təxminən 47 min ABŞ dolları) məbləğində mükafat vəd olunub.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑