Siyasət · Azxeber.com

Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq xəbəri üçün şəkil
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarının olacağını bildirib.
Paşinyan bunu bu gün brifinqdə deyib.
Ermənistan hökumət başçısı qeyd edib ki, sammit çərçivəsində Rusiya və Azərbaycan liderləri ilə rəsmi ikitərəfli görüşlər nəzərdə tutulmayıb.
Bununla belə, Paşinyan tədbirlər çərçivəsində müxtəlif təmasların mümkün olduğunu vurğulayıb.
Qeyd edək ki, MDB dövlət başçılarının sammiti oktyabrın 8-9-da Türkmənistanın "Avaza” milli turizm zonasında keçiriləcək.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑