Dünya · Azxeber.com

Manisada təcili tibbi yardım maşını ilə traktor toqquşub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Manisada təcili tibbi yardım maşını ilə traktor toqquşub xəbəri üçün şəkil
Türkiyənin Manisa şəhərinin Köprübaşı rayonunda xəstə daşıyan təcili tibbi yardım maşını ilə traktorun toqquşması nəticəsində 6 nəfər yaralanıb.
AZXEBER.COM "TRT Haber"ə istinadən xəbər verir ki, əraziyə tibb, yanğınsöndürmə və jandarm qrupları göndərilib.
Qəzada sürücülərlə yanaşı, təcili yardım maşınındakı 2 işçi və xəstə, eləcə də traktorda olan şəxs yaralanıb. Xəstəxanaya aparılan yaralıların vəziyyəti yaxşıdır.
Qəza səbəbindən bir müddət gediş-gəlişə bağlanan yolda hərəkət bərpa olunub.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑