Dünya · Azxeber.com

KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb xəbəri üçün şəkil
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalatbek Masadıkov Ermənistanın faktiki olaraq təşkilatdan çıxdığını bildirib.
O, bu barədə TASS agentliyinə açıqlamasında deyib.
Masadıkovun sözlərinə görə, Ermənistan tərəfi təşkilat çərçivəsində müzakirələrdə və qərarların qəbulunda iştirak etmir, lakin qərarların məhdud formatda qəbul edilməsinə etiraz bildirmir.
"Onlar bizim işimizə mane olmurlar, fəaliyyət davam edir və biz qərarlar qəbul edirik. Ermənistan nümayəndələri həftəlik məruzələri dinləyirlər, lakin əsas tədbirlərdə, təlimlərdə və digər fəaliyyətlərdə iştirak etmirlər. Buna görə də hesab edirəm ki, burada KTMT Nizamnaməsinin 25-ci maddəsi tətbiq oluna bilər. Əslində, onlar faktiki olaraq artıq özləri təşkilatdan çıxıblar”, – deyə baş katib bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-dən çıxarılmasının tərəfdarı olduğunu bildirib və belə bir qərarın qəbul edilməsindən məmnun qalacağını deyib.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑