Xəbər verdiyimiz kimi, Azərbaycanda kənd yumurtasının qiymətində artım müşahidə olunur. Hazırda bazarda ən ucuz kənd yumurtası Cəlilabaddan gətirilən yumurtadır. Onun bir ədədinin qiyməti 30 qəpikdir. Ümumilikdə isə kənd yumurtasının qiyməti 30-40 qəpik arasında dəyişir.
Satıcıların sözlərinə görə, son günlər yumurtanın qiyməti 5-10 qəpik bahalaşıb. Onlar bildirirlər ki, qiymət artımının qarşıdakı həftələrdə də davam edəcəyi gözlənilir.
İqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, payız-qış mövsümündə kənd yumurtası bahalaşır:
"Kənd yumurtasının bahalaşması ciddi rəqəmlərlə ifadə olunmur. Əvvəllər də 40 qəpik idi, sonra 35 qəpiyə düşmüşdü, yenidən 40 qəpiyə qalxdı. Bu, qış mövsümü ilə bağlıdır. Payız-qış mövsümündə kənd yumurtası bahalaşır”.
"Toyuq ətinin və filesinin qiyməti də bu yaxınlarda qalxdı. Buna görə yumurta istehsalçıları da qiyməti artırmağa çalışırlar ki, digər məhsulları ala bilsinlər. Yumurtanın qiymətinin qalxması normaldır. Qəribə olan hər şeyin qiymətinin qalxması və inflyasiyanın yüksəlməsidir”,-deyə iqtisadçı bildirib.
Şahanə Ziyad



