2026-cı ilin ilk 9 ayında Azərbaycanda vergi daxilolmaları ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq 13,63 milyard manata çatıb. Qeyri-neft-qaz sektorundan vergi daxil olmaları 12,6 faiz artaraq 10,33 milyard manat təşkil edib.
Sfera.az xəbər verir ki, bu barədə iqtisadçı Eyyub Kərimli sosial şəbəkə hesabında paylaşım edib.

İqtisadçının sözlərinə görə, vergi gəlirlərindəki əlavə artımın təxminən 98,7 faizi qeyri-neft-qaz sektorunun payına düşüb:
"Lakin vergi daxilolmalarının artması istehsalın da eyni sürətlə böyüməsi demək deyil. Qiymət artımı, dövriyyənin rəsmiləşməsi ƏDV əhatəsinin genişlındiməsi, maaşların artımı, mal və xidmətlərin qiymətində artım və vergi inzibatçılığının yaxşılaşması da bu rəqəmlərə təsir edə bilər”.
E.Kərimlinin fikrincə, vergi artımının dayanıqlı əsası müəssisələrin böyüməsi, yeni iş yerləri və istehsalın genişlənməsi olmalıdır, büdcənin güclənməsi vətəndaşın həyatında da hiss edilməlidir.
Firuzə Əliyeva






