Dünya · Azxeber.com

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək xəbəri üçün şəkil
Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir.
Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər Kürşad Zorlu bildirib.
O qeyd edib ki, TDT gənclərinin ikinci görüşünün gələn il Türk dünyasının mədəniyyət paytaxtı seçilən Kayseridə keçirilməsi planlaşdırılır.
Görüşdə müxtəlif türk dövlətlərindən minlərlə tələbə və gəncin iştirakı gözlənilir.
K. Zorlu Türk dövlətləri arasında idman əməkdaşlığının genişləndirilməsinin də vacibliyini vurğulayaraq, futbolçuların klublarda legioner deyil, türk futbolçusu statusunda çıxış etməsi istiqamətində iş aparıldığını bildirib.
O, həmçinin Türk dövlətlərində 15-24 yaş arası gənclərin sayının 27 milyon nəfər olduğunu diqqətə çatdırıb: "Gənclərin məşğulluq imkanlarının artırılması və ortaq insan resurslarının inkişafı məqsədilə "Kariyerim Türk" layihəsinə başlanılır".
Sədr müavini texnologiya və süni intellekt sahəsində əməkdaşlığın da Türk dünyasının ümumi inkişafına töhfə verəcəyini qeyd edib.
///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑