Dünya · Azxeber.com

“İranla müharibə etdiyim ən yaxşı işlərdən biridir”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“İranla müharibə etdiyim ən yaxşı işlərdən biridir” xəbəri üçün şəkil
İranla müharibə etdiyim ən yaxşı işlərdən biridir”.
Bunu ABŞ Prezidenti Donald Tramp Cənubi Karolinada keçiriləcək seçki kampaniyası mitinqinə yola düşərkən Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandırarkən deyib.   Dövlət başçısı İranla hərbi münaqişəyə girmək qərarını tamamilə haqlı sayaraq, bunun Tehranın nüvə silahı əldə etməsinin qarşısını aldığını bildirib.
İranla müharibəyə başlamaq qərarına görə peşman olub-olmadığı soruşulduqda Tramp qətiyyətlə cavab verib: "Xeyr, heç bir peşmançılıq hissi keçirmirəm. Düşünürəm ki, bu, indiyədək etdiyimiz ən yaxşı işlərdən biridir. Biz İranın nüvə silahına yiyələnməsinin qarşısını aldıq. Əgər bu addımı atmasaydıq, Tehran artıq nüvə silahına sahib olar və hətta ondan istifadə edərdi. Əvvəlki prezidentlərdən heç biri bu cəsarəti göstərməmişdi”.   ///qafqazinfo///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑