Dünya · Azxeber.com

İran ABŞ-nin Avropadakı hərbi bazalarına zərbə endirməklə hədələdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran ABŞ-nin Avropadakı hərbi bazalarına zərbə endirməklə hədələdi xəbəri üçün şəkil
"İran ABŞ tərəfindən mümkün yeni hücumlar baş verəcəyi təqdirdə Yaxın Şərq regionundan kənarda yerləşən hərbi bazaları hədəfə ala bilər".
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Mənüçöhr Mottəki bildirib.
O, regiondan kənar hədəflər dedikdə İrana qarşı istifadə olunan obyektlərin nəzərdə tutulduğunu deyib:
"Hazırda coğrafi baxımdan söhbət Avropadan gedir və bunun sübutları var. Beləliklə, coğrafi məhdudiyyətlərin olmaması o deməkdir ki, bəli, raketlərimiz Avropaya çata bilər".
Bununla yanaşı, "The Times" qəzeti Qərb təhlükəsizlik qurumlarına istinadən yazıb ki, Vaşinqton İrana qarşı hücumları bərpa edəcəyi təqdirdə Tehran Avropadakı ABŞ hərbi bazalarına zərbə endirməklə hədələyib.
Nəşrin məlumatına görə, Qərb kəşfiyyat xidmətləri İranın asimmetrik cavab tədbirlərinə hazırlaşdığını göstərən əlamətlər qeydə alıb.
İranın mümkün hədəfləri sırasında Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyada yerləşən ABŞ hərbi obyektləri göstərilir. Həmçinin sualtı internet kabellərinin fəaliyyətinin pozulması ehtimalı da qeyd olunur.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑