Dünya · Azxeber.com

İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb xəbəri üçün şəkil
İranın neft gəlirləri ötən ay 1,5 milyard dolları keçib.
Fars xəbər agentliyi bildirib ki, ötən İran təqvim ayı ərzində (23 sentyabr – 22 oktyabr) neft gəlirləri 1,5 milyard dolları ötüb.
Bununla da ölkənin son yeddi ayda əldə etdiyi neft gəlirlərinin ümumi məbləği 17,5 milyard dolları keçib.
Əlavə edilib ki, ilin ilk altı ayında neft satışından ölkəyə 16 milyard dollardan çox vəsait daxil olub.
Qeyd edək ki, İran Mərkəzi Bankının sədri Əbdülnasir Himməti bundan əvvəl ölkənin valyuta ehtiyatlarının vəziyyətinin qənaətbəxş olduğunu vurğulayaraq, bu ehtiyatların Donald Trampın prezidentlik müddəti başa çatdıqdan xeyli sonra da İranın ehtiyaclarını ödəməyə kifayət edəcəyini bildirib.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑