Dünya · Azxeber.com

Gərginlik pik həddə çatdı: Daha bir ölkədə iğtişaşlar şiddətlənir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gərginlik pik həddə çatdı: Daha bir ölkədə iğtişaşlar şiddətlənir xəbəri üçün şəkil
Albaniyanın paytaxtı Tirana şəhərində etirazçılarla güc strukturları arasında şiddətli toqquşmalar artıq yeddi gündür ki, səngimək bilmir.
ATA agentliyi xəbər verir ki, iğtişaşlar oktyabrın 13-də tələbələrin Təhsil Nazirliyinin binası qarşısında keçirdiyi etiraz aksiyası zamanı başlayıb.
Nümayişçilər ölkənin Baş naziri Edi Ramanın istefasını tələb edirlər. Etirazçıları Albaniya Demokratik Partiyasının sədri Sali Berişa da dəstəkləyir.
Aksiya iştirakçıları zibil qutularından barrikadalar quraraq onları yandırır, asayiş keşikçilərinə "Molotov kokteyli" atırlar. Bundan əvvəl etirazçılar Albaniya Apellyasiya Məhkəməsinin binasına daxil olmağa da müvəffəq olublar.
Güc strukturları isə cavab olaraq gözyaşardıcı qazdan, su şırnaqlarından və rezin gülləli silahlardan tətbiq edirlər.
///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑