Dünya · Azxeber.com

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib xəbəri üçün şəkil
Fransanın 4 həmkarlar ittifaqı dəmir yolu işçilərini noyabrın 5-də tətil etməyə çağırıb.
TF1 telekanalının məlumatına görə, "CGT Cheminots”, "UNSA Ferroviaire”, "Sud Rail” və "CFDT Cheminots” həmkarlar ittifaqları dəmir yolu işçilərinin əməkhaqlarının artırılmasını və iş yerlərində əmək şəraitinin yaxşılaşdırılmasını tələb edir.
Dəmir yolu işçiləri noyabrın 3-də isə Fransanın Milli Dəmir Yolları Şirkətinin Sen-Denidə yerləşən binasının qarşısında toplaşmağa çağırılıb. Həmin gün şirkətin baş direktoru Jan Kastekslə görüş planlaşdırılıb.
Qeyd edək ki, Fransada noyabrın 5-də məktəblilərin, özəl sektor işçilərinin və pensiyaçıların da iştirakı ilə 2027-ci il büdcə layihəsində nəzərdə tutulan tədbirlərə qarşı aksiyaların keçirilməsi planlaşdırılır.   ///azərtac///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑