Dünya · Azxeber.com

Britaniyanın Baş naziri: Fövqəladə hallara hazır olun

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Britaniyanın Baş naziri: Fövqəladə hallara hazır olun xəbəri üçün şəkil
Böyük Britaniyanın Baş naziri Endi Börnhem əhalini mümkün fövqəladə hallara hazır olmağa, evlərində konservləşdirilmiş ərzaq və qablaşdırılmış içməli su ehtiyatı saxlamağa çağırıb.
Baş nazir ölkədə müşahidə olunan güclü fırtınalar və ciddi kibertəhlükəsizlik boşluğu səbəbindən internet xidmətlərində yaranan fasilələr fonunda gözlənilməz hadisələrin getdikcə daha tez-tez baş verdiyini bildirib. Hökumətin hazırladığı tövsiyələrə əsasən, vətəndaşların müharibə, kiberhücum və ya təbii fəlakət kimi fövqəladə vəziyyətlərə hazırlıq məqsədilə evlərində ən azı üç günə kifayət edəcək içməli su və konservləşdirilmiş ərzaq ehtiyatı saxlamaları məsləhət görülür.
"Bu, təşvişə düşmək demək deyil. Məqsəd çətin vəziyyət yarandığı təqdirdə müəyyən müddət ərzində öz ehtiyaclarını qarşılamaq üçün əvvəlcədən ağlabatan tədbirlər görməkdir”, – deyə Baş nazir vurğulayıb.   ///azərtac///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑