Dünya · Azxeber.com

Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir xəbəri üçün şəkil
Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Rusiya ilə danışıqlarda Avropanı təmsil edə biləcək beş liderin adı nəzərdən keçirilir.
Bu barədə "The Daily Telegraph" qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Namizədlər arasında İtaliyanın Baş naziri Corca Meloni, Finlandiya Prezidenti Aleksandr Stubb, Çexiya Prezidenti Petr Pavel, Norveçin Baş naziri Yonas Qar Störe və Danimarkanın Baş naziri Mette Frederiksen yer alır.
Nəşrin məlumatına görə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bu yaxınlarda Brüsseldə keçirilən görüşdə danışıqlarda vasitəçi olmaq təklifindən imtina edib.
Qəzet yazır ki, son aylarda Avropa paytaxtlarında Rusiya ilə dialoqun zəruriliyi barədə müzakirələr intensivləşib. Buna səbəb Avropa ölkələrinin ABŞ Prezidenti Donald Trampın onların maraqlarını təmsil etmədiyini düşünməsidir.
Nəşrin mənbələrindən biri bildirib ki, Avropa əvvəlcə Rusiya ilə danışıqlar aparmağın zəruriliyi barədə ümumi razılığa gəlməlidir. Onun sözlərinə görə, növbəti mərhələdə danışıqlarda Avropanın mövqeyinin nədən ibarət olduğu barədə də konsensus əldə edilməlidir.
Digər mənbə isə ölkələr arasında rəqabətin və namizədlərdən hər hansı birinə veto qoyulması riskinin qarşısını almaq üçün danışıqlara bir qrup liderin cəlb edilə biləcəyini bildirib.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑