Dünya · Azxeber.com

Avropada işsizlik səviyyəsinin ən yüksək olduğu ölkə açıqlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropada işsizlik səviyyəsinin ən yüksək olduğu ölkə açıqlanıb xəbəri üçün şəkil
Finlandiyada işsizlik səviyyəsi yay aylarının yekunlarına görə 10.4 faizə çataraq Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yüksək göstərici olub.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarında bildirilir.
İşsizlik səviyyəsinə görə ikinci və üçüncü yerləri müvafiq olaraq İspaniya (10.3 faiz) və İsveç (8.7 faiz) tutub. Aİ-də ən aşağı işsizlik göstəricisi isə Çexiyada qeydə alınıb - 2.8 faiz.
Hesabatda qeyd olunur ki, ümumilikdə Aİ üzrə sentyabr ayında işsizlik səviyyəsi 6.2 faiz təşkil edib.
Yle telekanalının məlumatına görə, ötən ilin noyabrında da Finlandiya Aİ ölkələri arasında işsizlik səviyyəsinə görə ilk sırada yer alıb. Ekspertlər ölkədə işsizliyin rekord həddə çatmasını uzunmüddətli iqtisadi tənəzzül və əmək bazarında aparılan dəyişikliklərlə əlaqələndirirlər.
Bundan əvvəl ABŞ və İran arasında hərbi münaqişənin yaratdığı enerji şoku fonunda Avropada kütləvi işsizliyin baş verə biləcəyi proqnozlaşdırılmışdı.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑