Dünya · Azxeber.com

ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb xəbəri üçün şəkil
ABŞ Energetika Nazirliyinin Cənubi Karolinadakı nüvə kompleksinin ərazisində yerləşən Savanna-River Milli Laboratoriyasında radioaktiv maddələrin sızması ilə müşayiət olunan yanğın baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə "WRDW" telekanalı kompleksin administrasiyasına istinadən məlumat yayıb.
"Hazırda Savanna-River ərazisindən kənarda fəsadların olduğuna dair heç bir əlamət yoxdur", - məlumatda qeyd olunub. Hadisənin səbəbi dəqiqləşdirilməyib, daha sonra əlavə məlumat veriləcəyi bildirilib.
Yanğın laboratoriyanın otaqlarının birində baş verib. Telekanalın istinad etdiyi məlumatda "yer səviyyəsində radioaktiv maddələrin filtrlənmədən xaric olması" və yanğının söndürüldüyü qeyd olunub.
Kompleksin ərazisində fövqəladə vəziyyət rejimi çərşənbə günü yerli vaxtla saat 17:39-da (Bakı vaxtı ilə cümə axşamı 01:39-da) elan edilib. Ehtiyat tədbiri olaraq giriş bağlanıb, yaxınlıqdakı dəmir yolu, çay və hava nəqliyyatının hərəkəti məhdudlaşdırılıb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑