Dünya · Azxeber.com

'Isaias' qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
'Isaias' qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub xəbəri üçün şəkil
"Isaias" qasırğası nəticəsində ABŞ-nin cənub-şərqindəki Florida və Alabamada azı iki nəfər həlak olub.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "The New York Times" (NYT) məlumat yayıb.
Məlumata görə, Floridanın Eskambiya dairəsində ağacın evinin üzərinə aşması nəticəsində bir qadın həlak olub. Daha bir nəfər isə Alabamanın Cefferson dairəsində ağac aşmasının qurbanına çevrilib.
Qasırğa cümə günü axşam saatlarında Floridanın Destin şəhəri yaxınlığında quruya çıxıb. O, şimal-qərb istiqamətində təxminən 17 km/saat sürətlə hərəkətini davam etdirir.
Meteoroloqların proqnozlarına görə, şənbə günü ərzində qasırğa tədricən zəifləyəcək, bazar gününə doğru isə dağılacaq.
Daha əvvəl ABŞ-nin Energetika Nazirliyi xəbərdarlıq edib ki, "Isaias" ölkədə neft və qaz hasilatını, eləcə də neft emalı zavodlarının işini ciddi şəkildə poza bilər.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑