İqtisadiyyat · AzVision.az

Azərbaycanın ilboyu turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın ilboyu turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub xəbəri üçün şəkil

Azərbaycanın ilboyu turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

5-8 oktyabr tarixlərində Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi “Absheron Hotel Group” (AHG) ilə birgə Trabzon, Qaziantep, Bursa və Konya şəhərlərində silsilə seminarlar təşkil edib. Tədbirlər Türkiyənin turizm sənayesi və media sahəsindən 250-yə yaxın nümayəndəni bir araya gətirib. Seminarlar çərçivəsində Azərbaycanın zəngin tarixi-mədəni irsi, təbii müxtəlifliyi və müxtəlif səyahət təcrübələri barədə məlumat verilib. Dağ turizmi, açıq hava fəaliyyətləri, şəhər turizmi və mədəni marşrutlar ölkənin ilboyu turizm imkanları sırasında təqdim olunub.


Təqdimatlarda qış turizminə xüsusi diqqət yetirilib, Azərbaycanın dağlıq ərazilərində mövsümi istirahət imkanları diqqətə çatdırılıb. Şuşanın tarixi-mədəni irsi ilə yanaşı, biznes turizmi istiqamətində potensialı vurğulanıb.

Seminarlar çərçivəsində keçirilən B2B görüşlərdə Azərbaycan və Türkiyə turizm sənayesinin nümayəndələri arasında fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları müzakirə olunub.


Tədbirlər ATB-nin Türkiyə bazarında Azərbaycanın mövqeyinin gücləndirilməsi, sektor nümayəndələri ilə əlaqələrin genişləndirilməsi və ölkənin ilboyu səyahət istiqaməti kimi təşviqi istiqamətində fəaliyyətinin tərkib hissəsidir.

2026-cı ilin yanvar-sentyabr aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6.4% artaraq 355 045 nəfər təşkil edib.








BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑