Nazirlik iddialara aydınlıq gətirib: “Məlumatlar həqiqəti əks etdirmir”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. ƏƏSMN-dən AYNA.AZ-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Sosial şəbəkələrdə və bəzi saytlarda Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir”, – məlumatda qeyd edilib.

