İqtisadiyyat · Marja.az

Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla xəbəri üçün şəkil

Azərbaycan Hava Yollarının 9 oktyabr tarixinə planlaşdırılan J2-185/J2-186 nömrəli Bakı–Moskva (Domodedovo)–Bakı və J2-805/J2-806 nömrəli Bakı–Moskva (Vnukovo)–Bakı reyslərinin icrasında Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən dəyişikliklər yaranıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən xəbərə görə, səhər saatlarında həyata keçirilən J2-185 nömrəli Bakı–Moskva reysi Sankt-Peterburq şəhərinə məcburi eniş edib.

Bildirilib ki, hava məkanında yenidən məhdudiyyətlərin tətbiq olunması səbəbindən təyyarənin Bakıya geri qayıtması mümkün olmayıb.

“Həmçinin səhər saatlarında həyata keçirilən J2-805 nömrəli Bakı–Moskva reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb. Mövcud məhdudiyyətlər təyyarələrin vaxtında təyinat hava limanlarına çatmasına və növbəti uçuşların icrasına da təsir göstərib. Bu səbəbdən müvafiq marşrutlar üzrə planlaşdırılan J2-186 və J2-806 nömrəli axşam reysləri də təxirə salınıb. Azərbaycanın milli aviadaşıyıcısı vəziyyəti operativ şəkildə izləyir və sərnişinlərə zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər həyata keçirir. Uçuş cədvəlində baş verən dəyişikliklərlə bağlı sərnişinlər rəsmi informasiya kanalları vasitəsilə məlumatlandırılacaqlar. Azərbaycan Hava Yolları üçün sərnişinlərin və uçuşların təhlükəsizliyi əsas prioritet olaraq qalır. Bütün əməliyyat qərarları mövcud şərait və təhlükəsizlik tələbləri nəzərə alınmaqla qəbul edilir”, - məlumatda qeyd olunub.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑