Aktual · AzPolitika

Zelenski bu məsələdə güzəştə gedir - “Bu, Kiyevin mövqeyində dəyişikliyi göstərir"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski bu məsələdə güzəştə gedir - “Bu, Kiyevin mövqeyində dəyişikliyi göstərir" xəbəri üçün şəkil

"Zelenski ilk dəfə Rusiyanın sülh müqaviləsinin bir hissəsi olaraq təhlükəsizlik zəmanətləri ala biləcəyini etiraf edib. Bu açıqlama Ukrayna ilə Rusiya arasında sülh danışıqlarını bərpa etmək üçün ABŞ-nin diplomatik səylərinin gücləndirilməsi fonunda Kiyevin mövqeyində əhəmiyyətli bir dəyişiklik olduğunu göstərir".

“AzPolitika” xəbər verir ki, “Financial Times” qəzetində dərc edilən məqalədə belə deyilir. Nəşrin qeyd etdiyi kimi, Volodimir Zelenski ilk dəfə olaraq potensial sülh müqaviləsinin bir hissəsi kimi Rusiyanın təhlükəsizlik zəmanətləri ala biləcəyi fikrini irəli sürüb.

O qeyd edib ki, Qərb ölkələri gələcəkdə Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərini müzakirə edə bilərlər, lakin vurğulayıb ki, əvvəlcə Ukraynanın öz təhlükəsizlik ehtiyacları ödənilməlidir.

Nəşrin qeyd etdiyi kimi, Kiyev və onun Qərb müttəfiqləri indiyə qədər Rusiyanın NATO-dan təhlükəsizlik zəmanətləri və Avropa təhlükəsizlik arxitekturasının əsaslı şəkildə dəyişdirilməsi tələblərini rədd edirdilər. Onlar bunu Moskvanın öz təsir dairəsini artırmaq və qonşu dövlətlərin suverenliyini sarsıtmaq cəhdləri kimi qiymətləndiriblər.

Zelenski jurnalistlərə deyib: "Əvvəlcə bu müharibəni həll etməliyik və yalnız bundan sonra Rusiyanın təhlükəsizlik sahəsindəki öz qavrayışlarına və gözləntilərinə əsaslanaraq qaldırdığı suallara cavab axtarmalıyıq".

O, həmçinin vurğulayıb ki, Avropa müharibədən sonrakı nizamlanma və təhlükəsizlik zəmanətlərinin müzakirəsində iştirak etməlidir: "Biz Amerika vasitəçiliyi ilə ruslarla konseptual məsələləri müzakirə edə bilərik. Lakin təhlükəsizlik zəmanətləri formatına keçsək və bu zəmanətlərin Avropanın iştirakını tələb etməsi barədə razılığa gəlsək, onda Avropa belə müzakirələrdə iştirak etməlidir".

Nəşrin qeyd etdiyi kimi, Kiyevin mövqeyindəki dəyişiklik Ukrayna rəhbərliyinin ABŞ və Rusiya arasındakı yaxınlaşma ilə bağlı artan narahatlığını əks etdirir.

C.Məmmədli

“AzPolitika.info”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑