Aktual · AzPolitika

​Ukrayna “Yandex” data mərkəzini vurub - Neft zavodu da yanır - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
​Ukrayna “Yandex” data mərkəzini vurub - Neft zavodu da yanır - VİDEO xəbəri üçün şəkil

Ötən gecə Ukrayna Silahlı Qüvvələri Ryazan vilayətinin Sasovo şəhərindəki “Yandex” data mərkəzinə zərbə endirib. 

"AzPolitika" xəbər verir ki, bu barədə Ukraynanın monitorinq kanalı “Exilenova+”, Rusiyanın “VChK-OGPU” və “Astra” kanalları məlumat yayıblar.

Data mərkəzi metal emalı dəzgahları istehsal edən və digər sənaye sahələri ilə yanaşı, müdafiə sənayesi şirkətlərinə avadanlıq tədarük edən zavodun ərazisində yerləşir. Video görüntülərə görə, hücum nəticəsində müəssisədə böyük yanğın baş verib. “Yandex” bir neçə xidmətin müvəqqəti olaraq əlçatmaz olması barədə məlumat yayıb.

Sasovoda “Yandex”in data mərkəzi 2011-ci ildə açılıb. 2022-ci ildə şəhər administrasiyasının rəhbəri Yevgeniya Rubtsova şirkətin 11 il ərzində bu mərkəzə 6 milyard rubldan çox sərmayə qoyduğunu bildirib.

Ukraynanın “Exilenova+” kanalının məlumatına görə, ötən gecə Başqırdıstandakı Qazprom Neftexim Salavat neft emalı zavoduna da zərbə endirilib. Ərazidə yanğın qeydə alınıb. Bu neft emalı zavodu ildə 10 milyon tona qədər karbohidrogen emal edir və avtomobil benzini, dizel yanacağı, bitum, polietilen, stirol və ammonyak da daxil olmaqla 150-dən çox müxtəlif məhsul istehsal edir. Bu zavodda son yanğın 13 avqustda baş vermiş, neft emalı tamamilə dayanmışdı.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski vurğulamışdı ki, Kiyev Rusiyanın atəşinə simmetrik şəkildə cavab verəcək: əgər Moskva Ukraynanın mülki infrastrukturuna hücum edərsə, Ukrayna Silahlı Qüvvələri də müvafiq Rusiya hədəflərinə zərbə endirəcək. Sentyabrın sonlarında Rusiya qüvvələri Kiyevdəki "Datagroup" məlumat mərkəzinə hücum etmişdilər və bu mərkəz, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "Ukrayna Silahlı Qüvvələri üçün kəşfiyyat məlumatlarının emalı və ötürülməsini təmin edirdi".

“AzPolitika.info”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑